Reportaj / Şərhsiz

Füzuli 27 illik işğaldan sonra bu gün FOTOREPORTAJ

Şəhər 1993-cü ildə ermənilər tərəfindən işğal olunmuş, 2020-ci ildə Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunmuşdu

Füzuli rayonu 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilir. 1994-cü il Horadiz əməliyyatı zamanı rayonun bir hissəsi işğaldan azad edilir. 2020-ci il 17 oktyabr tarixində Füzuli rayonu işğaldan tam azad olunmuşdur.

Füzuli Qarabağ dağ silsiləsinin cənub şərq ətəklərindən Araz çayına qədər maili düzənlik və alçaq sahələri əhatə edir. O, Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları və Araz çayı boyunca İranla həmsərhəddir.

Füzuli rayonunun ərazisi 1386 km², əhalisi isə təxminən 144 min nəfərdir. Rayonda 2 şəhər, 16 qəsəbə, 82 kənd və başqa yaşayış məntəqələri vardır. Rayon ərazisindən axan Quruçay, Köndələnçay, Qozluçay, Çərəkən çayları Araz hövzəsinin çaylarıdır.

2020-ci ilə qədər rayonun 1993-94-cü illərdə işğaldan azad olunmuş ərazilərində 13 qəsəbə və 24 kənd mövcud olub. Qəsəbələrdən 12-si ("Qayıdış" qəsəbələri) ərazidə yeni salınmış və məcburi köçkün ailələri müvəqqəti olaraq burada yerləşdirilmişlər. 2021-ə qədər ərazidə 51 min nəfər məcburi köçkün məskunlaşmışdır.

Erməni əsarətində olarkən şəhər tamamilə yerlə yeksan edilib. Füzulidə ezamiyyətdə olan əməkdaşımız şəhərdən fotoreportaj hazırlayıb.

27 sentyabr 2020-ci il tarixdə Azərbaycan Ordusu tərəfindən keçirilmiş əks-hücum əməliyyatı nəticəsində rayonun kəndlərindən Qaraxanbəyli, Qərvənd, kənd Horadiz, Aşağı Əbdürrəhmanlı, 9 oktyabr-da Yuxarı Güzlək, Gorazıllı, 14 oktyabrda Qaradağlı, Xatunbulaq, Qarakollu, 15 oktyabrda da Arış kəndi işğaldan azad edilib. 17 oktyabr 2020-ci ildə isə Qoçəhmədli, Çimən, Musabəyli, Pirəhmədli, Dədəli, İşıqlı, Cuvarlı kəndləri və Füzuli şəhəri işğaldan tam azad olunmuşdur. Davam edən əməliyyatlar nəticəsində 20 oktyabrda Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı,Saracıq, 21 oktyabrda Gecəgözlü, Aşağı Seyidəhmədli, Zərgər kəndləri, 28 oktyabrda Mandılı, 07 noyabrda Yuxarı Veysəlli, Yuxarı Seyidəhmədli, Qorqan, Üçüncü Mahmudlu, Qacar və Divanalılar, 09 noyabrda Qobu Dilağarda, Yal Pirəhmədli, Yağlıvənd, Dilağarda, Seyid Mahmudlu və Ələsgərli kəndləri Azərbaycan Silahlı qüvvələri tərəfindən Ermənistanın işğalından azad olunmuşdur.

  • Oxuma müddəti:

    1 dəqiqədən az