XƏBƏRLƏR / İctimaiyyət

Göygöldə silah-sursat aşkarlanıb

Bu barədə DİN məlumat verib

Göygöldə silah-sursat aşkarlanıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Göygöldə silah-sursat aşkarlanıb.

    Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Göygöl Rayon Polis Şöbəsinə rayonun Topalhəsənli, Borsunlu, Köşkülü və Mollacəlilli kəndləri ərazisində silah-sursat olması barədə məlumat daxil olub.

    Qeyd olunan ərazilərdən 688 ədəd müxtəlif kalibrli avtomat patronları, daraqlar və “Revolver” tipli tapança aşkar edilərək götürülüb.

    Araşdırmalar davam etdirilir.

    Bundan başqa, polis əməkdaşlarının vətəndaşlarda olan qanunsuz odlu silahların aşkarlanması və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması istiqamətində keçirdikləri profilaktik tədbirlər nəticəsində rayonun Şəhriyar kənd sakini müvafiq sənədləri olmayan “İJ” markalı bir ov tüfəngini könüllü surətdə polisə təhvil verib.