XƏBƏRLƏR / Münaqişə

HƏMAS-ın girov götürdüyü şəxslərin sayı 229-a çatıb

İsrail Müdafiə Ordusu məlumat yayıb

HƏMAS-ın girov götürdüyü şəxslərin sayı 229-a çatıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • HƏMAS-ın girov götürdüyü şəxslərin sayı 229-a çatıb.

    Bu barədə İsrail Müdafiə Ordusu məlumat yayıb.

    Bildirilib ki, girovların sayı 5 nəfər artaraq 229-a yüksəlib.

    Xatırladaq ki, oktyabrın 7-si səhər saatlarında HƏMAS qruplaşması İsrail ərazisinə Qəzza zolağından raket atəşinə başlayıb. Nəticədə İsrail ordusu müharibə hazırlığı vəziyyəti elan edib və oktyabrın 8-də İsrail rəsmi olaraq ölkənin müharibə vəziyyətinə daxil olduğunu elan edib. Əməliyyat “Dəmir qılınclar” adı alıb.