İrəvanda Toivo Klaar Armen Qriqoryanla görüşüb
Ermənistan Təhlükəsizlik Şurasının Baş katibi Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsini qəbul edib
Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar Ermənistan Təhlükəsizlik Şurasının Baş katibi Armen Qriqoryanla görüşüb.
“Sputnik Armenia” xəbər verir ki, görüş Aİ-nin xüsusi nümayəndəsinin Ermənistana səfəri çərçivəsində baş tutub.
Görüşdə Azərbaycan və Ermənistan arasında normallaşma prosesi və humanitar məsələlər müzakirə olunub.