XƏBƏRLƏR / Qayıdış

İşğaldan azad olan Talış kəndinə gaz çəkildi

Yeni çəkilmiş qaz xəttinin uzunluğu 11,1 kilometrdir

İşğaldan azad olan Talış kəndinə gaz çəkildi
  • Oxuma müddəti:

    1 dəqiqə

  • "Azəriqaz" İB Tərtər rayonunun Talış kəndinin qazlaşdırıb.

    15 dekabr tarixindən etibarən Talış kəndinə polietilen borularla daşıyıcı yeraltı qaz kəmərinin çəkilməsi işlərinə başlanılıb. Vaxt məhdudiyyəti nəzərə alınaraq qazıntı işlərinə çox sayda müxtəlif texnika və işçi qüvvəsi cəlb edilməklə iki növbəli iş rejimində günün gecə vaxtlarında da işlər davam etdirilib.

    Yeraltı daşıyıcı qaz kəmərinin tikintisi gedişatında qazıntı işlərindən öncə qaz kəmərinin dəhlizi boyunca ANAMA tərəfindən aparılmış mina təmizləmə əməliyyatları zamanı çoxsaylı mina aşkar olunub və zərərsizləşdirilərək ərazidən kənarlaşdırılıb. Qısa müddət ərzində tikinti-quraşdırma işləri başa çatdırılaraq qaz kəməri qaz təchizatı mənbəyinə qoşulub.

    Məlumat üçün bildirək ki, yeni çəkilmiş qaz xəttinin uzunluğu 11,1 kilometrdir.