XƏBƏRLƏR / Hadisə

İstanbuldakı terrora görə bolqar vətəndaşları saxlanıldı

Bu barədə “NOVA” agentliyi xəbər verib

İstanbuldakı terrora görə bolqar vətəndaşları saxlanıldı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bolqarıstanda İstanbuldakı terror aktında şübhəli bilinən şəxslər saxlanılıb. “NOVA” agentliyi xəbər verir ki, bununla bağlı Bolqarıstan rəsmiləri məlumat verib.

    Bildirilib ki, terrorda şübhəli bilinən 5 nəfər Bolqarıstan vətəndaşı həbs edilib. Saxlanılanlar arasında 3 nəfər Moldova və 1 ərəb əsilli şəxs var. Həmçinin, həbs olunanlar arasında terrora görə İnterpol tərəfindən axtarışa verilən şəxsin köməkçisi də var.

    Xatırladaq ki, noyabrın 13-də İstanbulun İstiqlal prospektində baı vermiş terror aktında 6 nəfər ölüb, 81 nəfər yaralanıb.