XƏBƏRLƏR / Hərbi

Kəlbəcər və Ağdərədə artilleriya qurğuları aşkarlanıb

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb

Kəlbəcər və Ağdərədə artilleriya qurğuları aşkarlanıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Kəlbəcər rayonunun Vəng və Ağdərə rayonunun Vəngli yaşayış məntəqələri ərazilərinə baxış zamanı düşmənə məxsus tərk edilmiş atəş mövqelərində 8 ədəd KS-19 zenit topu aşkar edilib.

    Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

    Məlumata görə, döyüş texnikası təhlükəsizlik qaydalarına riayət olunmaqla toplama məntəqəsinə daşınıb.

    "Azərbaycan Ordusu tərəfindən həyata keçirilən antiterror əməliyyatından sonra Qarabağ bölgəsində Ermənistan silahlı qüvvələrinə məxsus döyüş texnikası, silah və sursatın aşkar edilərək ərazidən təxliyə edilməsi üzrə tədbirlər davam edir", - nazirliyin məlumatında vurğulanıb.