XƏBƏRLƏR / Qayıdış

Laçında daha 25 ailəyə evlərinin açarları təqdim olunub

Bu gün Laçın rayonu daha 25 ailəyə qucaq açıb

Laçında daha 25 ailəyə evlərinin açarları təqdim olunub
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə və Zabux kəndinə qayıdan ailələrə evlərinin açarları təqdim olunub.

    Laçına qədəm qoyan ailələr qarşılandıqdan sonra onlara ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış silah-sursatların təhlükəsi barədə ətraflı məlumat verilib. Naməlum əşyalar və cisimlərdən uzaq durmaları və belə hallarla qarşılaşdıqları zaman müvafiq qurumlara xəbər vermələri tövsiyə olunub.

    Açarların təqdim edilməsi mərasimində Şərqi Zəngəzur İqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, “Laçın Abadlıq Xidməti” ASC-nin əməkdaşları və digər şəxslər iştirak ediblər.

    Ailələr sevinc hissi ilə açarları təhvil alıb və öz evlərində məskunlaşıblar.

    Köçürülən ailələrin Laçın şəhərində və Zabux kəndində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb.

    Qeyd edək ki, bu gün Laçın rayonu 25 ailəyə qucaq açıb, daha 79 laçınlının yurd həsrəti bitib. Onlardan 21 ailə olmaqla, 68 nəfər Laçın şəhərinə, 4 ailə olmaqla, 11 nəfər Zabux kəndinə köçənlərdir.

    Bununla da Laçın şəhərində 472 ailənin, yəni 1773 nəfərin, Zabux kəndində isə 215 ailə olmaqla, 819 nəfərin daimi məskunlaşması təmin edilib.