MEDİANIN DİQQƏTİNƏ!
ERMƏNİLƏR AZƏRBAYCAN JURNALİSTLƏRİNƏ QARŞI "OV"A BAŞLAYIB
Bu gün bir sıra Azərbaycan və xarici media mənsubları Qarabağda ANS ÇM reportyorlarının atəşə tutulması barədə xəbər yayıb, bizə dəstək olublar. Doğrusu, buna diqqət yetirməyəcəkdik, cünki bu adi işdir. Amma artıq narahat olanların sayı minlərlədir. Bu səbəbdən baş verən hadisə haqda təfərrüatı ilə: Ermənistan Sİlahlı Qüvvələri son günlər Azərbaycan jurnalistlərinə qarşı "ov"a başlayıb - artıq bir neçə yerli media mənsubu iş başında müxtəlif dərəcəli xəsarət alıb. Bu gün isə Tərtər - Ağdam istiqamətində ANS ÇM-in çəkiliş qrupu dron tərəfindən izlənilərək atəşə məruz qalıblar. ANS ÇM-in reportyorları Vahid Mustafayev və Hikmət Əsgərov, həmçinin sürücü Zaur Məmmədov sağ-salamatdır. Lakin avtomobil qəlpələrdən ciddi zədələnib. :-(