XƏBƏRLƏR / İctimaiyyət

Milli Parkda elektrik cərəyanı ilə ov edən şəxs saxlanılıb

Bu barədə DİN məlumat yayıb

Milli Parkda elektrik cərəyanı ilə ov edən şəxs saxlanılıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Qızılağac Milli Parkında elektrik cərəyanı ilə ov edən şəxs saxlanılıb.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Milli Parkın ərazisindəki kiçik körfəz su sahəsində qeyri-qanuni ovçuluq və balıqçılıqla məşğul olan Masallı rayon sakini Telman Məcidov Su Nəqliyyatında Polis İdarəsinin Lənkəran Xətt Polis Şöbəsinin əməkdaşlarının Qızılağac Milli Parkının əməkdaşları ilə birgə həyata keçirdikləri tədbir zamanı saxlanılıb.

    Həmin şəxsdən ov zamanı istifadə etdiyi qayıq, elektrik avadanlıqları və digər ov alətləri, həmçinin qanunsuz olaraq ovladığı balıqlar aşkarlanaraq götürülüb.

    Faktla bağlı araşdırma aparılır.