Mirzoyan Çavuşoğluya başsağlığı verdi
Ararat Mirzoyanın twitter hesabında bununla bağlı paylaşım edib

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İstanbulda törədilən terror aktı ilə bağlı türkiyəli həmkarı Mövlud Çavuşoğluya başsağlığı verib. Ararat Mirzoyanın twitter hesabında bununla bağlı etdiyi paylaşımda deyilir: “İstanbulda baş verən partlayışda həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralıların tezliklə sağalmasını arzu edirəm”.
Xatırladaq ki, noyabrın 13-ü İstanbulun İstiqlal küçəsində baş verən terror aktı nəticəsində 6 nəfər həlak olub, daha 81 nəfər isə yaralanıb.