Müharibədə oğru və "ponyatka"
ANS ÇM Qarabağ Bürosunun patrulu hesabat verir
Bütün ölkələrdə və bütün zamanlarda müharibə oğrular və qarətçilər "işləmək" üçün ən əlverişli məqam və şərait olub və var. Polislər də hərbçilərlə birgə müharibə aparan zaman yaşayış məntəqələrində nəzarət sözsüz ki, zəifləyir və oğurluq, qarət baş alıb gedir. Əldə etdiyimiz son məlumatlara görə, son günlər Xankəndidə bir sıra elektronika mağazaları qarət olunub, 44 Azatamartikneri prospektində yerləşən "Minema Market"də kassada istehlakçı ilə xəzinədarın mübahisəsi böyük bir izdihama çevrilib və sakinlər dükanı qarət etməyə başlayıblar və yalnız hərbçilərin müdaxiləsindən sonra supermarketin boş divarlarını xilas etmək mümkün olub. Bəs Tərtərdə bu barədə məsələlər nə yerdədir? Azərbaycan oğruları nə düşünür?
ANS ÇM Qarabağ Bürosunun əməkdaşları Vahid Mustafa yev və Hikmət Əsgərov məhz bu məsəlyə aydınlıq gətiriblər.