XƏBƏRLƏR / Siyasət

Nazir İsraildə səfirlik açılmasından yazdı

Bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "Twitter" hesabında paylaşım edib

Nazir İsraildə səfirlik açılmasından yazdı
Mikayıl Cabbarov
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycanın İsraildə səfirliyinin təsis edilməsinin ölkələr arasında əməkdaşlığın genişləndirilməsinə töhfə verəcək. Bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "Twitter" hesabında paylaşım edib.

    “Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın həmsədri olaraq Azərbaycanın İsraildə səfirliyinin təsis edilməsinin ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi, iqtisadi-ticarət əlaqələrinin təşviqi və tərəfdaşlığımızın daha da gücləndirilməsi istiqamətində fəaliyyətimizə mühüm töhfə verəcəyinə inanıram”, - paylaşımda bildirilir.