XƏBƏRLƏR / Hərbi

Pakistanda yaraqlılar hava qüvvələrin bazasına hücum ediblər

Hazırda əməliyyat aparılır

Pakistanda yaraqlılar hava qüvvələrin bazasına hücum ediblər
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Altı yaraqlı Pakistanın mərkəzində hava qüvvələri bazasına hücum edərək üç təyyarə və bir tankeri zədələyib.

    Bu barədə “Reuters” Pakistan ordusuna istinadən məlumat yayıb.

    Hərbçilərin 3 yaraqlını məhv etdiyi, qalan hücumçuların mühasirəyə alındığı qeyd edilir.

    Hazırda ərazinin təmizlənməsi üzrə əməliyyat aparılır.