Putin Tehranda İbrahim Rəisi və Ayətulla Xamnei ilə görüşüb
Enerji, tranzit və kommersiya mübadilələri, həmçinin regional məsələlər müzakirə edilib
Tehrana səfər edən Rusiya Prezidenti Vladimir Putin hava limanına çatdıqdan dərhal sonra, Prezident iqamətgahına yola düşüb və Ayətullah Rəisi ilə görüşüb.
Görüşdə İran və Rusiya prezidentləri enerji, tranzit və kommersiya mübadilələri daxil olmaqla, müxtəlif sahələrdə əlaqələrin daha da genişləndirilməsi, həmçinin regional hadisələri müzakirə ediblər.
Rəisi ilə Putin danışıqlardan sonra, iki ölkə prezidenti Ali rəhbər – Ayətulla Xamnei ilə görüşüb.
Türkiyə Prezidenti Astana və ya Suriya sülh prosesinin VII iclasında iştirak etmək üçün Tehrana səfər edib.
Bundan əvvəl Astana prosesi liderlərinin ilk görüşü 2016-cı il dekabrın 1-də Rusiyanın Soçi şəhərində, ikinci görüşü isə 2017-ci il aprelin 15-də Ankarada keçirilib.
Bu üçtərəfli görüşdə Ərdoğan və Putin Suriyadakı son hadisələri, terrorla, o cümlədən İŞİD və digərləri ilə mübarizə məsələlərini müzakirə ediblər. Suriyalı qaçqınların öz evlərinə könüllü qayıtmaları da danışıqlar mövzusu olub.