XƏBƏRLƏR / Qayıdış

Qarabağ erməniləri bir daha Bakıya dəvət olundular

Rəsmi Bakı bir daha Qarabağın erməni ictimaiyyətinin nümayəndələri ilə 2-ci görüş təklif edib

Qarabağ erməniləri bir daha Bakıya dəvət olundular
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qarabağın erməni ictimaiyyətinin nümayəndələri ilə ikinci görüşün Bakıda keçirilməsini bir daha təklif edib.

    Bu barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası məlumat yayıb.

    “Azərbaycan Respublikası Prezidentinin Administrasiyası martın 1-də Xocalı şəhərində keçirilmiş görüşün və martın 13-də təqdim edilmiş dəvətin davamı olaraq Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini reinteqrasiya, həmçinin Qarabağda infrastruktur layihələrinin icrası məsələlərinin müzakirəsi məqsədilə aprel ayının birinci həftəsi Bakı şəhərində görüşün keçirilməsini bir daha təklif edir”, - məlumatda qeyd olunub.