XƏBƏRLƏR / İdman

Qarabağ Qalatasaya cüzi fərqlə məğlub oldu

Matçdan bütün vəsait Türkiyədə baş vermiş dağıdıcı zəlzələdən zərərçəkənlərə yardıma sərf olunacaq

Qarabağ Qalatasaya cüzi fərqlə məğlub oldu
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycanın "Qarabağ" və Türkiyənin "Qalatasaray" klubları arasında xeyriyyə futbol matçı keçirilib.
    Matçdan əldə olunan bütün vəsait Türkiyədə baş vermiş dağıdıcı zəlzələdən zərərçəkənlərə yardıma sərf olunacaq.
    QARABAĞ (Azərbaycan) - QALATASARAY (Türkiyə) - 1:2 (1:1)
    Qomis, 4 (0:1), Qija, 19 (1:1), İkardi, 87-pen. (1:2)

    Bakı, Olimpiya Stadionu. Baş hakim Əliyar Ağayevdir.
    Qarabağ: Amin Ramazanov, Maksim Medvedev (c), Raxil Məmmədov, Kevin Medina, Wild-Donald Guerrier, Qara Qarayev (İsmail İbrahimli, 82), Julio Romao, Leandro Andrade, Abdella Zubir, Adama Diakabi (Nəriman Axundzadə, 67), Redon Jija (Hamidu Keyta, 67).
    Qalatasaray: Okan Kojuk, Leo Dubois (Berkan Aksoy, 90+1), Kaan Ayhan (Ali Yeşilyurt, 90+1), Matias Ross (Abdulkerim Bardakçı, 46), Emre Taşdemir, Serxio Oliveyra, Berkan Kutlu (Lucas Torreira, 77) , Yunus Akgyun (Beknaz Almazbekov, 90+1), Yusuf Demir (Xuan Mata, 46), Nikolo Zaniolo (Caner Doğan, 77), Bafetimbi Qomis (c) (Mauro İkardi, 78).
    Xəbərdarlıq: Guerrier, Kutlu, Zaniolo, Romao.