XƏBƏRLƏR / Siyasət

"Rus icması" Rusiyanın Ukraynaya hücumunu alqışladı

Bu barədə onların yaydıqları bəyanatda bildirilir

"Rus icması" Rusiyanın Ukraynaya hücumunu alqışladı
Mixail Zabelin
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Milli Məclisin deputatı Mixail Zabelin və bir neçə rus mənşəli Azərbaycan vətəndaşı "rus icması" adından Rusiyanın Ukraynaya hücumunu alqışla dəstəkləyən və işğala birmənalı bəraət qazandıran bəyanatla çıxış ediblər. 

    Azərbaycanda yaşayan ruslar bu bəyanatı qəzəblə qarşılayıb və ölkədə milli zəmində təxribat cəhdi kimi qiymətləndiriblər. 

    Zabelinin parlament üzvü olmağı bəyanata rəsmi çalar qatması həqiqətə uyğun deyil və imza qoyanların sırf şəxsi mövqeləri kimi qəbul edilməlidir. 

    P.S. Seçicilər isə növbəti seçkilərdə daha diqqətli olmalı və kimə gəldi səs verməməlıdirlər.