XƏBƏRLƏR / Siyasət

Rusiya XİN-in xüsusi nümayəndəsi Bakıdadır

İqor Xovayevi prezident İlham Əliyev qəbul edib

Rusiya XİN-in xüsusi nümayəndəsi Bakıdadır
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Noyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevi qəbul edib.

    Görüşdə Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması üzrə danışıqlar prosesi və iki ölkə arasında sülh müqaviləsinin hazırlanması, üçtərəfli bəyanata uyğun olaraq erməni tərəfinin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi barədə ətraflı fikir mübadiləsi aparılıb. 2020-ci il noyabrın 10-da Soçidə keçirilən son görüş və onun nəticələri haqqında imzalanıb.