Rusiyada nə baş verir?

Əhali hakimiyyətdən, yoxsa vəziyyətdən narazıdır?

  • Oxuma müddəti:

    3 dəqiqə

  • Gəlin hadisələri əvvəldən izləyək...

    Hər şey 20 avqust 2020-də başladı, Rusiyanın müxalifət lideri Aleksey Navalnı ezamiyyətdə ikən zəhərlənir. Lakin Navalnı siyasi baxışlarına görə dünyada xüsusi xidmət orqanları tərəfindən zəhərləndirilən ilk adam deyildi... Bundan əvvəl Ukrayna Prezidentliyinə namizəd Viktor Yuşşenko 2004-cü ildə kimyəvi maddə olan "Dioksin"lə zəhərləndirilmişdi. 2006-cı ildə İngiltərəyə qaçmış Rusiya casusu Aleksandr Litvinenko isə radioaktiv maddə olan "Palonium 210" vasitəsi ilə zəhərləndirilmişdi.

    ROBERT OVEN (əməliyyat rəhbəri): “Bizim fərziyyə - Rusiya FSB-si tərəfindən Litvinenkonun məhvetmə əməliyyatını FSB rəhbəri N.Patruşev təsdiqləyib”. 2018-ci ildə yenə də İngiltərədə digər Rusiya casusu Sergey Skripal və onun qızı Yuliya Noviçok adlı hərbi kimyəvi maddə ilə zəhərləndirilmişdi. Bəs Aleksey Navalnı nəyə görə daim zindanlara salınır və bu yolla susdurula bilməyəndə o, müəmmalı şəkildə zəhərlənir? ALEKSEY NAVALNI: “Nə Dzerjinski, nə də Voroşilov bu dövlət bağ evini mənimsədi, amma ... Putinin qarovulçusu general Zolotov bu dövlət bağ evini bilmirəm nə yolla, amma özəlləşdirdi”. Daim Rusiya dövlət məmurlarını korrupsiyada günahlandıran Navalnının Youtube kanalına 100 milyona yaxın adam baxır. Bu qədər adam qarşısında məmur mülklərinin ifşası korrupsionerlər üçün çox təhlükəlidir - axı heç bir federal TV bu sayda tamaşaçı yığmır. Artıq vəziyyət o yerə çatıb ki, Navalnının fikirləri camaata çatır və o, istədiyi zaman tərəfdarlarını mitinqə qaldıra bilər... DMİTRİ PESKOV (V.Putinin sözcüsü): “...Belə çox sayda izləyiciləri var və bundan istifadə edib əhalini aldadırlar. Hamını xəbərdar edirik - ehtiyatlı olun!”. Lakin Navalnının korrupsiya ilə mübarizəsini hökumət dayandıra bilmədi və bu il Yanvarın 18-də Almaniyada müalicədən qayıdanda onu həbs etdilər. Bunun qarşılığında Aleksey Navalnı və onun Korrupsiya ilə Mübarizə Fondu hökuməti cavabsız qoymadı: 1. Navalnı Youtube kanalında Rusiya hökumət məmurlarını korrupsiyada ifşa edən 2 saatlıq veriliş yayımladı və... 2. Karantindən də yorulmuş əhali əsasən Tik-Tok sosial şəbəkəsindən məlumatlandırılaraq ... Yanvarın 23-də Rusiyanın 60 şəhərində Aleksey Navalnıya dəstək mitinqlərinə çıxdı. Mitinqçilər arasında soyuqdan donanlar oldu. Belə ki, Xabarovskda -15, Saxalində -21, Yakutskda isə -52 dərəcə şaxta var idi. Hadisələr zamanı polis tərəfindən 2000 adam həbs edildi. Bir çox şəhərlərdə mobil rabitə söndürülmüşdü. MARİNA JELEZNYAKOVA (mitinqçi): "Son hadisələr bir daha sübut etdi ki, Rusiyada xaos davam edir və biz daha susa bilmərik". MARİA KİRİÇENKO (mitinqçi): "Ölkədə özbaşınalıq davam edir və Aleksey Navalnı, bu barədə danışdığına görə həbs edilib. Biz onu müdafiə edirik!".