XƏBƏRLƏR / Dünya

Rusiyanı İnsan Hüquqları Şurasından çıxartdılar

BMT Baş Assambleyası səs çoxluğu ilə gərar qəbul etdi

Rusiyanı İnsan Hüquqları Şurasından çıxartdılar
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • BMT Baş Assambleyası Rusiyanın İnsan Hüquqları Şurasında iştirakını dayandırmaq barədə qətnamə qəbul edib.

    Qətnamə layihəsi Rusiya Federasiyası Silahlı Qüvvələrinin Ukraynada keçirdiyi xüsusi əməliyyatla əlaqədar hazırlanıb.

    Qətnamənin ????lehinə - 93, ????əleyhinə - 24 ölkə səs verib.

    58 ölkə isə bitərəf qalıb.

    18 ölkə, o cümlədən Azərbaycan və Ermənistan, səsvermədə iştirak etməyib.

    Qətnamənin qəbulu o deməkdir ki, Rusiya səsvermə və söz hüququndan məhrum olsa da, BMT-nin İnsan Haqları Şurasındakı yerini qoruyub saxlayır. Bununla belə, Baş Assambleya “zərurət yaranarsa” qərara yenidən baxa bilər.