XƏBƏRLƏR / Təbiət

Sakit okeanda güclü zəlzələ olub

Bu barədə ABŞ-ın Geoloji Xidməti bildirib

Sakit okeanda güclü zəlzələ olub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Sakit okeanda 5,8 maqnitudalı zəlzələ olub.

    Bu barədə ABŞ-ın Geoloji Xidməti bildirib.

    Xidmətin verilənlərinə əsasən, təbiət hadisəsinin episentri Ficiyə məxsus Ono-i-Lau adasından təqribən 35 km şərqdə olub. Yerli vaxtla saat 12:26-da (Bakı vaxtı ilə 04:26-da) qeydə alınmış yeraltı təkanların ocağı 536,6 km dərinlikdə yerləşib.

    Dağıntı və tələfat barədə məlumat verilməyib. Regionda sunami təhlükəsi elan olunmayıb.