XƏBƏRLƏR / Münaqişə

Sankt-Peterburqda yaşayış binasına PUA hücumu olub

PUA yaşayış binasına çırpılıb

Sankt-Peterburqda yaşayış binasına PUA hücumu olub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Rusiyanın Sankt-Peterburq şəhərində yaşayış binasına PUA hücumu olub.

    PUA Sankt-Peterburqdakı Piskaryovsk küçəsində yerləşən beşmərtəbəli yaşayış binasına çırpılıb. İnsident nəticəsində binanın balkonlarına zərər dəyib, sakinlər təxliyə edilib. İlkin məlumatlara görə, xəsarət alan yoxdur.

    Yerli medianın məlumatına görə, Ukraynadan buraxılan PUA-nın hədəfi yaşayış binasının yaxınlığında yerləşən Ruçyi neft bazası olub.