"Şəxsiyyət vəsiqəsi": Şeyx Şamil   

Bu veriliş ANS televiziyasında 2015-ci ildə çəkilib və yayımlanıb.

  • Oxuma müddəti:

    0 dəqiqə

  • Ta qədim zamanlardan məxfi qatillər, yenilməz döyüşçülər, sərkərdələr solaxaylardan seçilərmiş. Solaxay adamlarla, mübarizəyə, münaqişəyə, mübahisəyə girmək əbəsdir. Solaxaylar qəfil, ən gözlənilməz səmtdən düşməninə zərbə endirib bir göz qırpımında döyüşün taleyini həll edə bilər. Bir an gözəgörünməz olub mühasirədən canlarını qurtararlar. Bu cür solaxaylar dünya tarixində çox olub. Makedonyalı İskəndər, Şah İsmayıl Xətai, Stalin və s. Onlardan biri də Qafqaz Dağlarının qartalı Şeyx Şamil olub.