XƏBƏRLƏR / Siyasət

Səfirimiz etimadnaməsini İsrail Prezidentinə təqdim edib

İsrailin Prezidenti İshak Hersoq isə bu münasibətlə İlham Əliyevi təbrik edib

Səfirimiz etimadnaməsini İsrail Prezidentinə təqdim edib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov etimadnaməsini İsrail Prezidenti İsaak Hersoqa təqdim edib.

    Bu barədə səfir öz "Twitter" səhifəsində paylaşım edib.

    O yazıb ki, Azərbaycan Respublikasının İsraildə 1-ci səfiri kimi İsrail Dövlətinin Prezidentinə Etimadnaməmi təqdim etməkdən şərəf və qürur duyur.

    Bundan sonra İsrailin Prezidenti İshak Hersoq Azərbaycan Prezidenti İlham Əliyevi bu münasibətlə Twitter hesabında təbrik edib.