XƏBƏRLƏR / Qonşular

Türkiyə müxalifəti prezidentliyə bir namizəd irəli sürəcək

Müxalifətin prezidentliyə namizədinin kim olacağını dəqiqləşdirilməyib

Türkiyə müxalifəti prezidentliyə bir namizəd irəli sürəcək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyədə keçiriləcək prezident seçkilərində müxalifətin vahid namizədlə təmsil olunacağını altı partiyanın müxalifət blokuna daxil olan Gələcək Partiyasının lideri, keçmiş baş nazir Əhməd Davudoğlu cümə günü bildirib, Türkiyə mətbuatı xəbər verir.

    "Bizim vahid namizədin irəli sürülməsi ilə bağlı birmənalı razılaşmamız var. Bizim bir prezidentliyə namizədimiz olacaq", - siyasətçi deyib.

    Eyni zamanda, Davudoğlu müxalifətin prezidentliyə namizədinin kim olacağını dəqiqləşdirməyib.

    Hakim partiyanın namizədi Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğandır. Müxalifət seçki vaxtı təyin olunandan sonra namizəd irəli sürmək niyyətindədir.