XƏBƏRLƏR / Siyasət

X.Kolomina NATO-nun Bakı ilə əməkdaşlığını müzakirə edib

NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ermənistan və Azərbaycana səfər edib

X.Kolomina NATO-nun Bakı ilə əməkdaşlığını müzakirə edib
Xavyer Kolomina
  • Oxuma müddəti:

    1 dəqiqə

  • NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina Azərbaycana səfəri zamanı alyansın Bakı ilə əməkdaşlığını, eləcə də ölkənin Avro-Atlantik təhlükəsizliyinə verdiyi töhfəni müzakirə edib.

    “İnterfaks-Azərbaycan” agentliyinin alyansın məlumatına istinadən verdiyi məlumata görə, bu səfər onun Azərbaycan və Ermənistanda mütəmadi siyasi məsləhətləşmələrinin bir hissəsi olub və alyans onları NATO-nun mühüm tərəfdaş ölkələri adlandırıb.
     
    NATO-dan əlavə edib ki, Kolomina həmçinin regional təhlükəsizlik məsələləri, o cümlədən Laçın yolunda vəziyyətlə bağlı fikir mübadiləsi aparıb. O, danışıqların (Azərbaycan və Ermənistan arasında) bərpa olunmasının və iki dövlət arasında münasibətlərin normallaşdırılması üzərində işin vacibliyini vurğulayıb, həmçinin regional sabitliyin dəstəklənməsində Avropa İttifaqının rolunu alqışlayıb.