XİN-dən yeni açılacaq səfirliklərlə bağlı açıqlama
Azərbaycan Xarici İşlər Nazirliyi "Twitter" hesabında yazır

"Yeni diplomatik nümayəndəliklər diplomatik səylərimizi daha da gücləndirəcək". Bunu Azərbaycan Xarici İşlər Nazirliyi "Twitter" hesabında bildirib.
"Milli Məclis Albaniyada, İsraildə, Keniyada səfirliklərin, BMT-nin Nayrobi ofisində Daimi Nümayəndəliyin, Fələstində Təmsilçilik Ofisi açılması haqqında qanun layihələrini təsdiqləyib. Yeni diplomatik nümayəndəliklər diplomatik səylərimizi daha da gücləndirəcək", - deyə paylaşımda qeyd olunub.