XƏBƏRLƏR / Siyasət

Ərdoğan Putinlə telefonla danışıb

Rusiya ilə Ukrayna arasında əsirlərin, ilk növbədə yaralıların mübadiləsi məsələsinə toxunublar

Ərdoğan Putinlə telefonla danışıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Rusiya Federasiyası və Türkiyə prezidentləri arasında telefon danışığı olub.

    Söhbət zamanı Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan taxıl sazişinin icrasını, Suriyadakı vəziyyəti və iki ölkə arasında gələcək əməkdaşlığı, o cümlədən qaz qovşağı layihəsini müzakirə ediblər.

    Bundan əlavə, tərəflər Rusiya ilə Ukrayna arasında əsirlərin, ilk növbədə yaralıların mübadiləsi məsələsinə toxunublar.