XƏBƏRLƏR / Yaddaş

1-ci Qarabağ savaşı Şəhidinin nəşi Lökbatanda dəfn olunub

Hüseynov Rafiq Hüseyn oğlu 1992-ci ildə Ağdərə rayonu, Sırxavənd kəndində gedən döyüşlərdə itkin düşüb

1-ci Qarabağ savaşı Şəhidinin nəşi Lökbatanda dəfn olunub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Birinci Qarabağ müharibəsinin itkin-şəhidi Rafiq Hüseyn oğlu Hüseynovun qalıqları ailəsinə təhvil verilib.

    Bu gün şəhidlə vida mərasimi keçirilib.

    Daha sonra şəhidin qalıqları Qaradağ rayonu Lökbatan qəsəbəsindəki Şəhidlər Xiyabanında dəfn edilib.

    Qeyd edək ki, Hüseynov Rafiq Hüseyn oğlu 1974-cü ildə Ağdam rayonunun Qiyaslı kəndində anadan olub. 1992-ci ildə 1-ci Qarabağ müharibəsində Ağdərə rayonu, Sırxavənd kəndində gedən döyüşlərdə itkin düşüb.