XƏBƏRLƏR / İctimaiyyət

11 mindən çox əcnəbi yaşama icazəsi üçün müraciət edib

Bu barədə Dövlət Miqrasiya Xidməti məlumat yayıb

11 mindən çox əcnəbi yaşama icazəsi üçün müraciət edib
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Ötən ay Dövlət Miqrasiya Xidmətinə (DMX) 11 min 226 nəfər əcnəbi Azərbaycanda yaşama icazələrinin alınması və müddətinin uzadılması ilə bağlı müraciət edib.

    Bu barədə DMX məlumat yayıb.

    Bildirilib ki, iyul ayı ərzində xidmətə 86 min 99 müraciət daxil olub. Onlardan 56 min 741-i əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda olduğu yer üzrə qeydiyyata alınması ilə bağlı olub.

    Bununla yanaşı, vətəndaşlıq məsələləri ilə bağlı müraciətlərin sayı 137 olub. Azərbaycan vətəndaşlığına dair mənsubiyyətin müəyyənləşdirilməsi ilə bağlı isə 1914 müraciət qeydə alınıb.

    Məlumatda qeyd olunub ki, müraciətlərdən 1 169-ü əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması üçün iş icazəsinin alınması və müddətinin uzadılması ilə bağlı olub.