17 ölkənin 600 vətəndaşı İrandan Astaraya təxliyə edilib
Bu barədə Dövlət Sərhəd xidməti xəbər verir

17 ölkənin vətəndaşları Azərbaycan ərazisindən keçməklə İrandan təxliyə edilib.
Humanitar dəhliz artıq 5 gündür fəaliyyət göstərir.
Hazırda 600-dən çox insan Astara keçid məntəqəsindən maneəsiz keçə bilib.
İrandan təxliyə edilənlər arasında MDB ölkələri: Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan vətəndaşları da var.
Həmçinin müraciətlər əsasında Avropa ölkələrinin - Almaniya, İspaniya, İtaliya, Serbiya, Rumıniya və Portuqaliya vətəndaşları təxliyə edilib.
Vətənə göndərilən xarici vətəndaşlar arasında ABŞ, BƏƏ, Çin və Vyetnam vətəndaşları da olub.