XƏBƏRLƏR / Hərbi

İki general tutduğu vəzifədən azad olunub

Məlumatı Müdafiə Nazirliyindən təsdiqləyiblər

İki general tutduğu vəzifədən azad olunub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin iki generalı tutduqları vəzifədən azad olunaraq ehtiyata buraxılıblar.

    "Trend"in əldə etdiyi məlumata görə, bu barədə müvafiq sərəncam imzalanıb.

    Onlar Müdafiə Nazirliyinin Baş Hərbi İnspeksiyasının rəisi general-leytenant Zakir Ağayev ilə Rabitə, İnformasiya Texnologiyaları və Kibertəhlükəsizlik Baş İdarəsinin rəisi general-mayor Məmməd Eminovdur.

    Məlumatı Müdafiə Nazirliyindən təsdiqləyiblər.