200 illik viski satışa çıxarılır
İçki keçən il Blair qəsrində təsadüfən kəşf edilib
Britaniyada təxminən 200 yaşı olan, dünyanın ən qədim şotland viskisinin 20-dən çox şüşəsi hərraca çıxarılacaq.
İçki keçən il Blair qəsrində təsadüfən kəşf edilib və 1833-cü ildə distillə edilib. Mətbuat yazır ki, kraliça Viktoriya oxşar viskini sınamış ola bilər.