2020-ci ildən bəri 419 nəfər minaların qurbanı olub
Bu barədə XİN-nin paylaşımında deyilir
2020-ci ildən bəri Azərbaycanda 419 nəfər minaların qurbanı olub.
Qeyd olunur ki, onlardan 72-si həlak olub, 347-si isə ağır yaralanıb.
"Minalar mülki əhali üçün ciddi təhlükə yaratmağa davam edir və keçmiş məcburi köçkünlərin təhlükəsiz qayıtmasına, eləcə də davam edən yenidənqurma işlərinə mane olur. Azərbaycan azad edilmiş ərazilərə təhlükəsiz və davamlı qayıtmasını təmin etmək üçün mina təmizləmə səylərinə sadiqdir və bu istiqamətdə səyləri birləşdirərək beynəlxalq tərəfdaşların dəstəyini gözləyir", - deyə bəyanatda vurğulanıb.
12 martda Azərbaycanın Füzuli rayonunda mina partlayışı nəticəsində bir mülki şəxs həlak olub.
1 dəqiqədən az