2024-cü ildə Ağdam, Cəbrayıl, Füzulidə yeni məktəb tikiləcək
Bunu Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov deyib
“Növbəti il üçün əsaslı təmir və yenidən tikintisi nəzərdə tutulan 50-ə yaxın məktəb var”.
Bunu Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov “Effektiv kommunikasiya” mövzusunda keçirilən seminarda söyləyib. O bildirib ki, işğaldan azad olunan ərazilərdə yeni məktəblərin tikintisi nəzərdə tutulub.
“2024-cü ildə Ağdam, Cəbrayıl, Füzuli rayonlarında yeni məktəblərin tikintisi aparılacaq”, - deyə Eşqi Bağırov qeyd edib.