XƏBƏRLƏR / İctimaiyyət

3 min manata “Makarov” satarkən tutuldu

Bu barədə DİN-in Mətbuat xidmətindən bildirilib

3 min manata “Makarov” satarkən tutuldu
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbiri nəticəsində üzərində qanunsuz olaraq odlu silah saxlayan şəxs saxlanılıb.

    Bu barədə DİN-in Mətbuat xidmətindən bildirilib.

    Qeyd edilib ki, nətcədə Bakı şəhər sakini əvvəllər Cinayət Məcəlləsinin 228 və 234-cü maddələri ilə məhkum olunmuş 1981-ci il təvəllüdlü Balakişiyev Adil Əşrəf oğlundan 1 ədəd “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 4 ədəd patron aşkar edilərək götürülüb.

    A.Balakişiyev silah-sursatı bir müddət əvvəl əldə etdiyini və 3000 manata satmaq istədiyini bildirib. Saxlanılan şəxslər barəsində 13-cu Polis Şöbəsində toplanan materiallar Sabunçu Rayon Polis İdarəsinə göndərilib, araşdırmalar davam etdirilir.