XƏBƏRLƏR / İctimaiyyət

31 il əvvəl itkin düşən şəxsin qalıqları Xızıya gətirildi

Araz Bağı oğlu Rüstəmov 1992-ci ilin yanvar ayında Şuşa rayonunun Daşaltı kəndində itkin düşüb

31 il əvvəl itkin düşən şəxsin qalıqları Xızıya gətirildi
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Kütləvi məzarlıqlarda qalıqları tapılan Rüstəmov Araz Bağı oğlunun qalıqları Xızı rayonuna gətirilib.

    Şəhidlə Xızı rayonunun Giləzi qəsəbəsində vida mərasimi keçirilir.

    Rüstəmov Araz Bağı oğlu 1968-ci ildə Giləzi qəsəbəsində anadan olub.

    1992-ci ilin yanvar ayında Şuşa rayonunun Daşaltı kəndində itkin düşüb. Onun qalıqları bir müddət əvvəl kütləvi məzarlıqda tapılıb.

    Şəhidin qalıqları Giləzi qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn olunacaq.

    Qeyd edək ki, bir qədər əvvəl kütləvi məzarlıqlarda tapılan qalıqlar üzərində aparılan tədqiqatlar nəticəsində şəxsiyyəti müəyyən edilən itkin düşənlərin siyahısı açıqlanıb. 15 nəfər itkin düşmüş şəxsin aqibətinə aydınlıq gətirilib. Onların 11 nəfəri hərbçi, 4 nəfəri mülki şəxsdir. İndiyədək onlardan ikisi dəfn olunub. 15 nəfərdən 7-si Daşaltı kəndində, 4 nəfəri Kəlbəcər, 4-ü Füzuli rayonunda itkin düşənlərdir.