32 illik ayrılıqdan sonra şuşalılar evlərinə qayıdır VİDEO
İlkin mərhələdə Şuşaya 20 ailə qayıdacaq
Prezident İlham Əliyevin tapşırığı əsasında, tezliklə Şuşadan olan məcburi köçkünlərin doğma şəhərə qayıdışı başlanacaq.
Şuşa şəhərinə köçürüləcək ailələr çoxmənzilli binalarda mənzillə təmin olunacaqlar. Yeni yaşayış sahələri indiyədək respublika ərazisində müxtəlif yerlərdə müvəqqəti məskunlaşmış və Şuşa şəhərində daimi qeydiyyatda olan məcburi köçkünlərə verilir.
İlk püşkatma şəhid ailələri, qazilər və şəhərdə tikinti, bərpa-quruculuq işlərində çalışan 20 ailə arasında keçirilib və onların hər birinə ailə tərkibinə uyğun mənzil təqdim edilib. Mənzillər 2, 3, 4, 5 otaqlıdır. Püşkatmada iştirak etmiş ailələr may ayının 10-da Şuşa şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin də iştirak edəcəyi təntənəli mərasimdə iştirak edəcəklər.
Şuşa şəhərinə köçürüləcək ailələr arasında püşkatma mərhələli şəkildə davam etdirilir.