BLOQ

3+3=6

Regional format(lar)ını necə başa düşək?!

3+3=6
  • Oxuma müddəti:

    3 dəqiqə

  • 3+3 formatı coğrafiyaya əsaslandığı üçün obyektivdir. Klassik mənada bunlar regionun üç ölkəsidir: Azərbaycan, Gürcüstan, Ermənistan və üç qonşu: Türkiyə, Rusiya, İran.

    Bu konfiqurasiyada hansı üçünün region ölkələri, hansının isə qonşu olduğu aydın deyil. Bu ona görə vacibdir ki, yanaşmada müəyyən üstünlük nümayiş etdirir... daha önəmlisi nədir: qonşuların və ya regiondakı ölkələrin maraqları?!

    Lakin…

    Riyaziyyatın elə bir xüsusiyyəti var ki, istənilən məsələnin həlli olmalıdır. 3+3=6. Ən maraqlısı isə budur... Axı bu nəticəni (6) bir neçə yolla əldə etmək olar...

    Bu gün Gürcüstanın iştirakı olmadan 3 qonşu + regionda 2 ölkə + 1 Gürcüstan...

    Regionda təhlükəsizlik mövzusunda daha bir üçlük yaranıb: Azərbaycan-Türkiyə-Gürcüstan. Rusiyanın Ermənistanla hərbi-siyasi ittifaq üçün hüquqi bazası olsa da, Rusiya, Ermənistan, İran formatında alternativ üçlük yaratmaq mümkün olmadı. Bəli, Rusiya-Ermənistan dueti özü böhran yaşayır. Yəni, təhlükəsizlik mövzusunda bizim stabil Azərbaycan-Gürcüstan-Türkiyə üçlüyü, ayrı-ayrılıqda Rusiya ilə Ermənistan arasında formal ittifaq və Ermənistanla İran arasında hüquqi əsası olmayan ittifaq var...

    Enerji mövzusunda, həmçinin boru kəmərləri üzrə əməkdaşlıq ənənəsi olan sabit Azərbaycan-Gürcüstan-Türkiyə üçlüyü var. Və yenə də iki cütlük: Rusiya-Ermənistan (qaz kəməri) və Ermənistan-İran (qaz kəməri).

    Nəqliyyat baxımından sistem daha da parçalanmışdır.
    Azərbaycan-Gürcüstan-Türkiyə Bakı-Tiflis-Qarsı yaradıb
    Rüsiya-Azərbaycan-İran - Şimal-Cənub

    Potensial olaraq
    Az-Arm-Tour - Şərq-Qərb
    Az-İran-Tour - Şərq-Qərb

    Hipotetik olaraq:
    Rusiya-Gürcüstan-Ermənistan-İran - Şimal-Cənub.

    Beləliklə, altılıq, mövzularından asılı olaraq, bəzən bir-biri ilə ziddiyyət təşkil edən maraq qruplarına bölünür.

    Bununla yanaşı, 3+3 formatının səmərəliliyi üçün region ölkələri, öz aralarında qonşular və regionun qonşuları ilə region ölkələri arasında problemlərin olmaması vacibdir. Bu formatda bu ölçülərin hər birində problemlər var. Regionun qonşuları Suriyada əməkdaşlıq edirdi və bu, Cənubi Qafqazda qarşılıqlı fəaliyyət üçün əlverişli zəmin yaratdı. Lakin, məsələn, Suriyada regionun qonşuları arasında münasibətlər pisləşərsə, bu, bizim regiona da təsir edəcək.

    Deməli, 3+3 formatının potensialı var, amma reallıq ondan ibarətdir ki, məsələn, Azərbaycanın regional formatda iştirakını saxlamaq vacibdir, lakin Türkiyənin iştirakı ilə sübut edilmiş üçtərəfli formatlara "stavka" etmək lazımdır: Gürcüstanla mövcud format, İranla potensial, Ermənistanla isə hipotetik.