44 günlük müharibəyə həsr olunmuş kitab hazırlanır
ABŞ-dan olan Liam Collins və John Spencer kitabın adını "Qarabağ uğrunda müharibə: Strategiya, Texnologiya və Qələbə" qoyublar
Keçmiş Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Devid Petraus Qarabağın azadlığı uğrunda müharibəni XXI əsrin müəyyənedici, lakin çox vaxt qiymətləndirilməyən hərbi kampaniyalarından biri adlandırıb.
"Cambria Press" nəşriyyatı Liam Collins və John Spencerin müəllif olduğu, 2020-ci il 44 günlük müharibədə Azərbaycanın qələbəsinə həsr olunmuş "Qarabağ uğrunda müharibə: Strategiya, Texnologiya və Qələbə" adlı kitab nəşr etməyə hazırlaşır.
Keçmiş Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru və İraq və Əfqanıstandakı ABŞ qüvvələrinin keçmiş komandanı general Devid Petraus kitabı belə təsvir edib: "XXI əsrin müəyyənedici, lakin çox vaxt qiymətləndirilməyən hərbi kampaniyalarından birinin ustalıqla təhlili".
ABŞ Ordusunun generalı Stenli A. McChrystal kitab haqda bunları yazıb: "Bu, son müharibənin tarixçəsindən daha geniş araşdirmadır. Liam Kollinz və Con Spenser müasir döyüş meydanında uğuru tək texnologiya deyil, strategiya, liderlik, hazırlıq və intizamlı icranın necə müəyyən etdiyini nümayiş etdirirlər. Hərbi peşəkarlar və xalqların münaqişəyə necə hazırlaşdığı ilə maraqlanan hər kəs üçün mühüm araşdırma".
1 dəqiqə