XƏBƏRLƏR / Siyasət

Bilboacada 5 tərəfli qeyri-rəsmi görüş olub YENİLƏNİB

Əliyev və Paşinyan Fransa, Almaniya və Avropa Şurası rəhbərləri ilə şəhərətrafı kənddə bir araya gəliblər

Bilboacada 5 tərəfli qeyri-rəsmi görüş olub YENİLƏNİB
  • Oxuma müddəti:

    2 dəqiqə

  • Ermənistan Baş naziri Aparatının İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən "armenpress"ə verilən məlumata görə, görüş zamanı regional nəqliyyat və iqtisadi infrastrukturun blokdan çıxarılması, iki ölkə arasında sərhədlərin delimitasiyası və təhlükəsizliyi ilə bağlı məsələlər, Ermənistan və Azərbaycan arasında münasibətlərin nizamlanmasına dair saziş müzakirə edilib. Dağlıq Qarabağ əhalisinin, eləcə də əsirlərin, itkin düşmüş şəxslərin hüquq və təhlükəsizliyinin təmin edilməsi və digər humanitar problemlərin həlli zərurəti müzakirə edilib.

    ***

    Şarl Mişel: İyunun 21-də Brüsseldə Ermənistanla Azərbaycan arasında nizamlanmanın yeni müzakirəsi keçiriləcək.

    Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel 5 tərəfli qeyri rəsmi görüşün nəticələrinə dair açıqlama verib.

    ***

    Beştərəfli qeyri-rəsmi görüş başa çatıb.

    Bakı vaxtı ilə saat 18:00-da Kişineuda Nikol Paşinyan, Şarl Mişel və İlham Əliyevin iştirakı ilə 10 dəqiqə davam edən üçtərəfli görüş başlayıb. Rəsmi açılış mərasimi təxminən bir saat gec başa çatdığından görüş təyin olunan vaxtdan bir saatdan çox gec başlayıb.

    Beştərəfli görüş təxminən saat yarım davam edib.

    ***

    RƏSMİ:

    İyunun 1-də Kişineuda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts və Fransa Respublikasının Prezidenti Emmanuel Makron arasında qeyri-rəsmi görüş başlayıb.

    ***

    18:20

    Əliyev və Paşinyanın Fransa, Almaniya və Avropa Şurası rəhbərləri ilə şəhərətrafı Bilboaca kəndində bir araya gəliblər.

    Görüş qeyri-rəsmi formatda keçir.

    ***

    Azərbaycan və Ermənistan liderlərinin Fransa, Almaniya və Avropa Şurası rəhbərləri ilə görüşünün Bulboaca kəndində (Kişinyovdan 45 km aralıda) keçirilməsi planlaşdırılır.

    Görüşün Bakı vaxtı ilə 16:30-da başlanacağı haqda rəsmi məlumat yayılıb.