XƏBƏRLƏR / Din

54 ildə Məkkəyə 99 milyondan çox zəvvar gəlib

Bu barədə ölkənin rəsmi xəbər agentliyi SPA məlumat yayıb

54 ildə Məkkəyə 99 milyondan çox zəvvar gəlib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Səudiyyə Ərəbistanının Statistika İnstitutu 1968-ci ildən müqəddəs torpaqlara Həcc ziyarətinə gələnlərlə bağlı statistik məlumatların toplanmasına başlayıb.

    Bu barədə ölkənin rəsmi xəbər agentliyi SPA məlumat yayıb.

    Qeyd olunub ki, 54 il ərzində 99 milyondan çox zəvvar Məkkəyə səfər edib. Bu ildə 2,4 milyon insan Həcc ziyarətinə gedir.

    Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyindən verilən məlumata görə, cari ildə əcnəbi zəvvarlar üçün Həcc ziyarəti xərcləri 39 faiz azaldılıb.