Abidələrdə izi qalmış memar: Kərbəlayi Səfixan Qarabaği
Şuşa Dövlət Qoruğu İdarəsinin mətbuat xidməti xəbər verir VİDEO
Kərbəlayı Səfixan Qarabaği 1817-ci ildə anadan olub. Onun doğum tarixində ziddiyətlər var. Görkəmli memar 1910-cu ildə vəfat edib. Mirzə Həsən qəbiristanlığında (Şuşa) dəfn olunub. Kərbəlayı Səfixanın Ələkbər (1858-?), Gülməmməd (1863-?) adlı oğulları, Xurşid adlı qızı olub.
Kərbəlayı Səfixanın Qarabağ memarlığının inkişafında xüsusi xidməti olub. O, inşa etdiyi tikililərdə, xüsusilə məscidlərdə şərq memarlığına xas olan konstruktiv elementləri yerli ənənələrlə əlaqələndirib.
Yuxarı Gövhər ağa məscidinin bərpası (XIX əsr), Şuşa
Aşağı Gövhər ağa məscidi (1874–75), Şuşa
Saatlı məscidi (1883)
Culfalar məscidi
Hacı Ələkbər məscidi
Bərdədə İmamzadə məscidinin yenidən qurulması (1868),
Ağdamda məscid (1870),
Odessada Tatar məscidi (1870),
Aşqabadda "Qarabağlılar" məscidi (1880) Kərbəlayi Səfixan Qarabağinin ən yaxşı əsərləridir.
Şirin su hamamı