XƏBƏRLƏR / Hərbi

Birləşmiş Ştatlar Azərbaycana daha 5 minaaxtaran it gətirib

ABŞ-ın Marşal İrsi İnstitutu Azərbaycana mina axtarışı təlimi keçmiş 70 iti hədiyyə olaraq verir

Birləşmiş Ştatlar Azərbaycana daha 5 minaaxtaran it gətirib
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Azərbaycana mina axtarışı üçün xüsusi təlim keçmiş daha beş it gətirilib. Bu barədə çərşənbə axşamı Azərbaycan Milli Minatəmizləmə Agentliyinin (ANAMA) rəhbəri Vüqar Süleymanov jurnalistlərə bildirib.

    O, xatırladıb ki, 2021-ci ildə ABŞ-ın Marşal İrsi İnstitutu ilə saziş imzalanıb, bu saziş çərçivəsində Azərbaycana mina axtarışı təlimi keçmiş itlər göndərilib. Bu sazişdə nəzərdə tutulan sonuncu 5 it indi gətirilib.

    Xatırladaq ki, ümumilikdə Marşal İrsi İnstitutu Azərbaycana mina axtarışı təlimi keçmiş 70 itin hədiyyə olaraq veriləcəyini bildirmişdi (Turan).

    10 noyabr 2020-ci il tarixində Qarabağda hərbi əməliyyatlar başa çatdıqdan sonra Ermənistan silahlı qüvvələrinin basdırdığı minaların partlaması nəticəsində Azərbaycan tərəfdən 299 hərbçi və dinc sakin xəsarət alıb. Onların 55 nəfəri ölüb, 244 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.