XƏBƏRLƏR / Siyasət

ABŞ Bakı ilə İrəvan arasında əsir mübadiləsini təşviq edib

Bunu Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib

ABŞ Bakı ilə İrəvan arasında əsir mübadiləsini təşviq edib
Metyu Miller
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • ABŞ Ermənistanla Azərbaycan arasında aparılan danışıqlarda əsirlər mübadiləsini təşviq edib. ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller dekabrın 13-də İrəvanla Bakı arasında əsir mübadiləsini və bunda Vaşinqtonun rolunu belə şərh edib.

    Miller ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayenin bu günlərdə bölgədə olduğuna diqqət çəkib. “Biz bu gün [dekabrın 13-də] əsir götürülən Ermənistan və Azərbaycan vətəndaşlarının geri qaytarılmasını, həmçinin əlavə etimad tədbirlərinin müzakirə olunduğu barədə xəbərləri alqışlayırıq. Biz inanırıq ki, hər iki tərəf bunun üçün çalışmaq istəsə, sülh mümkündür”, - Dövlət Departamentinin sözçüsü bildirib.