XƏBƏRLƏR / Dünya

ABŞ BMT Təhlükəsizlik Şurasını genişləndirmək istəyir

Vaşinqton Təhlükəsizlik Şurasına əlavə 6 daimi üzv daxil etməyi təklif edir

ABŞ BMT Təhlükəsizlik Şurasını genişləndirmək istəyir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • “The Washington Post” yazır ki, Birləşmiş Ştatlar BMT Təhlükəsizlik Şurasına veto hüququ olmayan əlavə 6 daimi üzvü daxil etməyi təklif edir.

    Nəşrin məlumatına görə, Bayden yenidən təşkilatlanma yolu ilə inkişaf etməkdə olan ölkələrin təşkilatdakı təsirini genişləndirmək niyyətindədir. Vaşinqton bununla da BMT Təhlükəsizlik Şurasına “etimadı bərpa etmək” istəyir.

    Birləşmiş Ştatlar bundan əvvəl Almaniya, Hindistan və Yaponiyanın Təhlükəsizlik Şurasının daimi üzvləri kimi daxil edilməsinin tərəfdarı olub. Bu ideyanı Braziliya və ən azı bir Afrika ölkəsinə qurumda daimi yer verməyi təklif edən Fransa və Böyük Britaniya dəstəkləyib.