XƏBƏRLƏR / Kriminal

ABŞ-də çempionluğu qeyd edən azarkeşlər arasında atışma olub

Bir nəfər ölüb, 21 yaralı var

ABŞ-də çempionluğu qeyd edən azarkeşlər arasında atışma olub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • ABŞ-nin Kanzas şəhərində atışma olub.

    Hadisə Amerika Milli Futbol Liqasının qalibi olan "Kanzas Siti" klubunun çempionluq mərasimində baş verib.

    Şəhər polisindən verilən açıqlamada, "Super Bowl" kimi tanınan çempionluğun qeyd edilməsi üçün şəhər meydanına toplaşan insanlar arasındakı izdihamda silah səsləri eşidilib.

    Hadisə nəticəsində bir nəfər ölüb, 21 nəfər yaralanıb.

    Baş vermiş atışma ilə bağlı üç nəfər saxlanılıb.