ABŞ-ın Azərbaycandakı səfirliyi Bononun regiona səfəri haqda
Qafqazda danışıqlar üzrə baş məsləhətçi Luis Bono hal-hazırda İrəvandadır
Qafqazda danışıqlar üzrə baş məsləhətçi Luis Bono bu həftə regiona səfər edir. O, Dağlıq Qarabağdakı humanitar vəziyyəti müzakirə etmək üçün əsas maraqlı tərəflərlə görüşmək üçün Bakı və İrəvana səfər edəcək.
O, həmçinin davamlı və ləyaqətli sülhə nail olmaq üçün tərəflərə ABŞ-ın dəstəyini müzakirə edəcək. Bu barədə "Turan" informasiya agentliyinin sorğusuna cavab olaraq ABŞ-ın Azərbaycandakı səfirliyinin nümayəndəsi məlumat verib.