XƏBƏRLƏR / Hadisə

ABŞ ordusu Huron gölü üzərində uçan obyekti məhv edib

Hərbiçilər obyektin yadplanetli mənşəli olmasını istisna etmirlər

ABŞ ordusu Huron gölü üzərində uçan obyekti məhv edib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • ABŞ hərbi qırıcıları bazar günü Huron gölü üzərində səkkizguşəli obyekti vurub. Pentaqonun sözlərinə görə, Çinin müşahidə şarı ilə bağlı insidentdən sonra Şimali Amerika təhlükəsizlik qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirilib.

    Bu, bir həftədən bir az artıq müddətdə Şimali Amerika üzərində ABŞ raketi tərəfindən vurulan dördüncü uçan obyekt idi.

    ABŞ hava məkanının mühafizəsi ilə məşğul olan ABŞ Hərbi Hava Qüvvələri generalı Qlen VanHerk jurnalistlərə bildirib ki, ordu ən son üç obyektin nə olduğunu, onların necə havada qaldığını və haradan gəldiyini müəyyən edə bilməyib. O obyektlərin yad planetli mənşəli olmasını istisna etməyib.